Yuxarı
    Bağlamaq

    AZAL-ın vitse-prezidenti: "2018-ci ilin planlarında Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var"

    Heydər Əliyev Beynəlxalq Hava Limanı ildə təxminən 3 milyon sərnişin qəbul edir© Report.az

    Moskva. 15 mart. REPORT.AZ/ "2017-ci ilin əvvəlindən "Vnukovo" hava limanında Bakıya təxminən 70 min sərnişin daşınıb".

    "Report"un Moskva müxbirinin verdiyi məlumata görə, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev Moskvanın "Vnukovo" hava limanında AZALJET vasitəsilə Moskva - Gəncə və Moskva - Qəbələ reyslərinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

    "Yeni uçuşlar bu rəqəmi artıracaq. Ümumilikdə Heydər Əliyev Beynəlxalq Hava Limanı ildə təxminən 3 milyon sərnişin qəbul edir. Aeroportun illik sərnişin tutumu 9 milyon nəfərlikdir", - deyə E.Hacıyev bildirib.

    Onun sözlərinə görə, Heydər Əliyevin hava limanında sərnişin daşımalarının həcmi ötən illə müqayisədə 34% artıb, AZAL şirkətinin bu baxımdan göstəricisində isə 28%-lik artım müşahidə olunub.

    "AZALJET Gəncə - Sankt-Peterburq reysini uğurla həyata keçirir. 2018-ci ilin planlarında isə Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var", - aviaşirkətinin vitse-prezidenti vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi