Yuxarı

AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır - VİDEO

AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır

“Azərbaycan Hava Yolları” QSC pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırdıqları sosial videoçarx hazırlayıb.

Bu barədə "Report" QSC-yə istinadən xəbər verir.

AZAL ölkəmizin hər bir vətəndaşına müraciət edərək karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığı qorumaqdan ibarətdir. Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

“Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz”, - videoçarxda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi