AZAL-ın "Boeing 787 Dreamliner" təyyarəsi Türkiyədə nümayiş etdirilib

AZAL-ın "Boeing 787 Dreamliner" təyyarəsi Türkiyədə nümayiş etdirilib Nümayiş Ankaranın Esenboğa hava limanında keçirilib
İnfrastruktur
9 Fevral , 2015 17:35
AZAL-ın Boeing 787 Dreamliner təyyarəsi Türkiyədə nümayiş etdirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün təlim uçuşu çərçivəsində Ankaranın Esenboğa hava limanında Azərbaycan Hava Yollarına (AZAL) məhsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin texniki nümayişi olub. Bu barədə "Report"a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. 

Məlumata görə, təyyarənin nümayişi zamanı türk biznes dairələri, KİV təmsilçiləri, Esenboğa hava limanının nümayəndələri, habelə AZAL-ın Ankara şəhəri üzrə nümayəndəsi və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı təyyarəyə baxış keçirilib və səfir Faiq Bağırov KİV nümayəndələrinə müsahibə verib.

Son xəbərlər

Orphus sistemi