AZAL əşyalarını təyyarədə unutmuş sərnişinləri axtarır

AZAL əşyalarını təyyarədə unutmuş sərnişinləri axtarır Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.
İnfrastruktur
23 Yanvar , 2019 12:35

Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, AZAL-ın və onun törəmə strukturu olan “Buta Airways” aviaşirkətinin təyyarələrində bəzi əşyalar unudulub.

“Əgər bu əşyaların sahibləri və yaxud bu əşyaları unudan tanışlarınız varsa, zəhmət olmasa, AZAL-ın itmiş əşyalar xidməti ilə (+994 12) 497-26-00 (daxili 30-81, 22-05) və yaxud [email protected] e-poçt ünvanları vasitəsi ilə əlaqə saxlamağa xahiş edirik”, - deyə müraciətdə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi