Reytinq siyahısı: AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb

Reytinq siyahısı: AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb "Skytrax" konsaltinq şirkətinin reytinqində ilk pilləni "Qatar Airways" tutub
İnfrastruktur
20 İyun , 2017 17:37
Reytinq siyahısı: AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb

Bakı. 20 iyun. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2017-ci il üzrə dünyanın ən yaxşı 100 aviaşirkəti arasında 71-ci yeri tutub.

"Report" xəbər verir ki, reytinq siyahısını "Skytrax" konsaltinq şirkəti tərtib edib. 

Siyahıya əsasən, "Qatar Airways" bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib. "Singapore Airlines" ikinci, Yaponiyanın ANA aviaşirkəti üçüncü olub. Həmçinin, aviaşirkətlərin "Top-5"liyinə "Emirates" və "Cathay Pacific" düşüb. 

"Turkish Airlines" bu il reytinqdə 12-ci, Rusiyanın "Aeroflot" aviaşirkəti isə 30-cu sırada qərarlaşıb.

Xatırladaq ki, "Emirates" 2016-cı ildə ən yaxşı aviaşirkət seçilmişdi. 

Son xəbərlər

Orphus sistemi