AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açacaq

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açacaq Ciddəyə reyslər həftə iki dəfə yerinə yetiriləcək
İnfrastruktur
17 Aprel , 2017 14:58
AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açacaq

Bakı. 17 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri - Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkətin mətbuat xidmətindən "Report"a bidirilib ki, Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes, ekonom salonlu "Airbus A320" laynerləri ilə yerinə yetiriləcək.

Qeyd edək ki, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Son xəbərlər

Orphus sistemi