AZAL 2 istiqamətə uçuşların vaxtını dəyişib

AZAL 2 istiqamətə uçuşların vaxtını dəyişib Bakı. 3 avqust. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Moskva və Bağdad istiqamətində bu gün yerinə yetiriləcək reyslərin cədvəlində dəyişikliklər edib.
İnfrastruktur
3 Avqust , 2018 12:54
AZAL 2 istiqamətə uçuşların vaxtını dəyişib
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Moskva və Bağdad istiqamətində bu gün yerinə yetiriləcək reyslərin cədvəlində dəyişikliklər edib. 

Bu barədə “Report”a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Dəyişikliyə əsasən, J2 852 Bakı-Moskva reysi saat 10:40-dan 17:00-a, J2 5011 Bakı-Bağdad reysi isə saat 19:00-dan 01:00-a (növbəti gün) keçirilib. Əks istiqamətlərə uçuşlarda da dəyişiklik var.

Belə ki, J2 851 Moskva-Bakı reysi saat 14:50-dan 20:10-a, J2 5012 Bağdad-Bakı reysi isə saat 22:45-dan 03:45-ə (növbəti gün) keçirilib.

Son xəbərlər

Orphus sistemi