Yuxarı

​Azadlıq prospektində su xətləri dəyişdirilir

Təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq

Bakı. 20 may. REPORT.AZ/ “Azərsu” ASC Bakı şəhərinin Azadlıq prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən magistral su xətlərinin dəyişdirilməsinə başlayıb.

“Report” ASC-yə istinadən xəbər verir ki, prospektin Binəqədi rayonu ərazisindən keçən hissəsində metal borulardan ibarət magistral su xətləri uzun müddət istismarda olub. Yeni layihə çərçivəsində həmin xətlər müxtəlif diametrli polietilen borularla əvəzlənəcək.

Ümumilikdə layihə çərçivəsində 4,5 km uzunluğunda su xətlərinin dəyişdirilməsi nəzərdə tutulub. İşlərin vaxtında və keyfiyyətli icrası məqsədilə ikinövbəli iş rejimi tətbiq olunub, əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib. Bugünədək yenilənməsi nəzərdə tutulan su xətlərinin 1,8 km-lik hissəsində işlər artıq başa çatıb. Təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq.

Qeyd edək ki, əsaslı yenidənqurma işləri Azadlıq prospekti ilə yanaşı Cəfər Xəndan küçəsində də aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi