Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan prezidenti Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan yolunun tikintisinə 3 milyon manat ayırıb
İnfrastruktur
21 Avqust , 2014
09:03
https://static.report.az/photo/e6b4547c-79cf-44eb-9581-abd9c95f04bb.jpg
Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Tovuz rayonunun Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Report xəbər verir ki, sərəncama əsasən, 32 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Rus versiyası
Президент Азербайджана выделил 3 млн манатов на строительство дороги Товуз-Гунанлар-Гараханлы-Дюз Джырдахан
İngilis versiyası
Azerbaijan president allocates 3 million manats to the construction of Tovuz-Hunanlar-Garakhanli-Duz Jirdakhan motor way