Yuxarı
    Bağlamaq

    Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir

    İran 2018-ci ildə alternativ enerji mənbələrindən 5000 mVt elektrik enerjisi istehsal etmək niyyətindədir

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti əməkdaşlıq imkanlarını tədqiq etmək üçün İrana gedəcək. 

    Azərbaycan şirkətləri artıq İranda Xəzər dənizinin sahilində kiçik SES-in quraşdırılma imkanlarının tədqiqində iştirak edib. 

    Qeyd edək ki, İran 2018-ci ildə alternativ enerji mənbələrindən istifadə etməklə 5000 MVt elektrik enerjisi istehsal etmək niyyətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi