Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan İranda bərpa olunan enerji mənbələri üzrə layihələrdə iştirak etməyə maraq göstərir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti əməkdaşlıq imkanlarını tədqiq etmək üçün İrana gedəcək.
Azərbaycan şirkətləri artıq İranda Xəzər dənizinin sahilində kiçik SES-in quraşdırılma imkanlarının tədqiqində iştirak edib.
Qeyd edək ki, İran 2018-ci ildə alternativ enerji mənbələrindən istifadə etməklə 5000 MVt elektrik enerjisi istehsal etmək niyyətindədir.