Yuxarı
    Bağlamaq

    Aydın Əliyev: "Gömrük əməkdaşları üçün xüsusi treninqlər keçirilir"

    Dövlət Gömrük Komitəsi Avropa Oyunlarına hazırlıq işlərini başa çatdırıb

    Bakı. 8 aprel. REPORT.AZ/ “Bizim əsas hazırlığımız Avropa Oyunları ilə bağlı Azərbaycana gələn xarici vətəndaşların əl yükləri və baqajlarının yoxlanılması, eyni zamanda ölkəyə daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi işinin təşkil olunması ilə bağlıdır”. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı Komitənin görəcəyi işlərdən danışarkən deyib.

    Komitə sədri bu sahədə işlərin uğurla başa çatdığnın bildirib: “Həmçinin idman mərkəzlərinin tikintisi ilə bağlı ölkəyə gətirilən tikinti materiallarının gömrük sənədləri rəsmiləşdirilir”.

    A.Əliyev vurğulayıb ki, sərhəd-keçid məntəqələrində gömrük əməkdaşları üçün xüsusi treninqlər keçirilir: “Çünki oyunlar zamanı gömrük əməkdaşları gərgin iş rejimində fəaliyyət göstərəcəklər. Bir neçə il bundan əvvəl Azərbaycan həm sərhəd gömrük qaydaları haqqında, həm də daxildə müəyyən qaydalar haqqında xüsusi yaddaş kitabçaları hazırlayaraq əməkdaşlara təqdim etmişik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi