Avropa hibrid mühərrikli təyyarə hazırlayır

Avropa hibrid mühərrikli təyyarə hazırlayır Bunun nəticəsində aviabiletlərin ucuzlaşacağı gözlənilir
İnfrastruktur
30 Noyabr , 2017 10:36
Avropa hibrid mühərrikli təyyarə hazırlayır

Bakı. 30 noyabr. REPORT.AZ/ Avropanın aparıcı aviasiya və texnologiya şirkətləri hibrid özəlliklərə sahib olan elektrikli təyyarə istehsal etmək üçün razılağa gəliblər. 

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu anlaşma "Airbus", "Rolls-Royse" və "Siemens" şirkətləri arasında əldə olunub.

Ortaq istehsal olunacaq "E-Fan X" adlı təyyarənin 2020-ci ildə ilk uçuşu həyata keçirəcəyi gözlənilir.

Üç şirkət normal təyyarələrdəki qaz turbinlərindən birini elektrikli mühərriklə əvəz edə biləcək texnologiyanı inkişaf etdirmək üçün ortaq çalışmağı hədəfləyib. Sistem fəaliyyətə keçdikdən sonra ikinci elektrikli mühərrikin təyyarəyə əlavə ediləcəyi gözlənilir. Layihədə elektrikli mühərriki təmin edəcək generatorun "Rolls-Royce" şirkəti tərəfindən hazırlanacağı bildirilir. "Siemens" isə 2 MVt gücündə elektrikli mühərrik istehsal edəcək.

Ortaq layihə ilə ilk sərnişin təyyarəsinin 2030-cu ildə səfərə çıxacağı planlaşdırılır. "Airbus" rəsmiləri yeni layihə ilə uçuşların maya dəyərinin azalacağını, bunun da biletlərin qymətini aşağı salacağını bildirirlər.

Son xəbərlər

Orphus sistemi