​Avqustda Bakıda 4 əsas yolda hərəkət sıxlığı müşahidə olunur

​Avqustda Bakıda 4 əsas yolda hərəkət sıxlığı müşahidə olunur Həmin yollarda sıxlıq gur saatlarda müşahidə edilir
İnfrastruktur
24 Avqust , 2015 14:19
​Avqustda Bakıda 4 əsas yolda hərəkət sıxlığı müşahidə olunur

Bakı. 24 avqust. REPORT.AZ/ Bakı şəhərində avqust ayında nəqliyyat vasitələrinin daha sıx hərəkət etdiyi küçələr məlum olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının "Report"a verdiyi xəbərə görə, avqustda paytaxtın 4 əsas hissəsində - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi, Bakı-Sumqayıt şosesi və Həsən Əliyev küçəsində pik saatlarda nəqliyyatın sıxlığı müşahidə edilir. Digər küçələrdə isə nəqliyyatın hərəkəti normaldır.

Hazırda tətil ilə bağlı yay aylarında paytaxt yollarında hərəkətin normal olduğunu qeyd edən NİİM nümayəndəsi sentyabrın 15-dək eyni vəziyyətin gözlənildiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi