“Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub

“Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub Bakı. 31 yanvar. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atamoğlan Kərimov” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib. 
İnfrastruktur
31 Yanvar , 2018 16:31
“Atamoğlan Kərimov” kran gəmisi əsaslı təmir olunub
Acsc.az

Bakı. 31 yanvar. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atamoğlan Kərimov” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib. 

Bu barədə “Report”a Gəmiçilikdən məlumat verilib.

Məlumata görə, təmir müddətində gəminin sualtı və suüstü hissələri təmizlənərək yenidən rənglənib, onun gövdəsi, mexanizmləri, o cümlədən kran qurğuları yüksək səviyyədə təmir olunub, heyətin iş və məişət şəraiti müasir tələblərə uyğun təmin edilib.

Gəminin baş və köməkçi mühərrikləri də əsaslı surətdə təmir edilib. O cümlədən nasoslar, seperatorlar, boru sistemləri və sair yüksək keyfiyyətlə sazlanıb.

Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçirilib. Bütün sınaqlar uğurla başa çatıb.

Məlumat üçün bildiririk ki, “Atamoğlan Kərimov” kran gəmisinin uzunluğu 63,8, eni 15 metrdir. Gəmi 1520 at gücündə mühərriklə təchiz olunub və sürəti 11,24 uzeldir.

Qeyd edək ki, Gəmiçiliyin kran gəmiləri dənizdə həyata keçirilən neft-qaz əməliyyatlarının təminatında əhəmiyyətli rol oynayırlar. Bu tip gəmilərə daim tələbat olduğundan, onların texniki vəziyyətinə hər zaman xüsusi diqqət yetirilir.

Son xəbərlər

Orphus sistemi