İrandan Azərbaycana çəkilən dəmiryolunun 200 km-lik hissəsi başa çatıb - YENİLƏNİB - FOTO

İrandan Azərbaycana çəkilən dəmiryolunun 200 km-lik hissəsi başa çatıb - YENİLƏNİB - FOTO İranla Azərbaycan arasında birgə terminalın tikintisi ilə bağlı danışıqlar aparılır
İnfrastruktur
9 Oktyabr , 2015 18:56
İrandan Azərbaycana çəkilən dəmiryolunun 200 km-lik hissəsi başa çatıb - YENİLƏNİB - FOTO

Bakı. 9 oktyabr. REPORT.AZ/ "İranla Azərbaycan arasında birgə terminalın tikintisi ilə bağlı danışıqlar aparılır". 

"Report"un məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Astarada Azərbaycan-İranın iqtisadi, ticari və humanitar məsələlər üzrə Birgə Komissiyasının iclasından sonra deyib. 

C.Qurbanov bildirib ki, hazırda Astaraya İrandan 375 kilometr xətt çəkilir: "Xəttin 200 kilometri çəkilib, 175 kilometrin çəkilməsi üçün maliyyə vəsaiti lazımdır. Bununla bağlı Azərbaycan Prezidentinə məruzə etmişik. Həmin yolun bərabər formada çəkilməsi üçün hər iki tərəf maliyyə vəsaiti axtarışındadır. Bütün bu məsələləri danışıqlarımızın ikinci mərhələsində geniş müzakirə edəcəyik. Bu, mümkün olacaqsa, İranla Azərbaycan arasında yükdaşımaları dövriyyəsinin 5 milyon ton artacağı gözlənilir. Bu da xeyli iş yerinin açılması deməkdir. Bu, hər iki tərəf üçün çox uğurlu layihədir".

O qeyd edib ki, Azərbaycan və İran bu işləri birgə görməyə çalışır: "Biz çalışırıq bu işləri müştərək görək. Birlikdə körpü tikintisini də nəzərdə tutmuşuq". 

*** 17:55

Astarada Azərbaycan və İran nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb. "Report" xəbər verir ki, görüşdə iqtisadi, ticarət ve humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edir.

Görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində işlərin gedişi ilə bağlı müzakirələr aparılır. 

Son xəbərlər

Orphus sistemi