Bakı. 15 oktyabr. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir müavini Musa Pənahov yol-nəqliyyat kompleksində görülən işlərdən, həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, görülən işlər barədə ətraflı məlumat verib.
Görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihələr üzrə həyata keçirilən işlərin gedişatı, həmçinin layihələrin icrasının hazırkı vəziyyəti barədə müzakirələr aparılıb. Tərəflər eyni zamanda, Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında nəqliyyat sektoru üzrə gələcək əməkdaşlıq məsələləri, 2016-cı və növbəti illərdə prioritet hesab edilən yeni yol infrastrukturu layihələlərinin bank tərəfindən maliyyələşdirilməsi mövzusunda fikir mübadiləsi aparıblar.