​"ASAN xidmət"ə 10 mindən artıq müraciət "Azərsu"ya aid olub

​"ASAN xidmət"ə 10 mindən artıq müraciət "Azərsu"ya aid olub 2014-cü ilin may ayından etibarən “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılıb
İnfrastruktur
30 Yanvar , 2015 17:00
​ASAN xidmətə 10 mindən artıq müraciət Azərsuya aid olub

Bakı. 30 yanvar. REPORT.AZ/ Son 8 ay ərzində “ASAN xidmət” mərkəzlərindəki “Azərsu” ASC-nin müştəri xidmətlərinə vətəndaşlar tərəfindən 10 013 müraciət daxil olub. Bu barədə "Report"a "Azərsu"nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 6 711-i qeydiyyatda olan və “Azərsu”nun abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı, 1 237 müraciət smart sayğacın digər smart sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 848 müraciət abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, 1 217 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət Sabunçu rayonundakı 4 saylı "ASAN xidmət" mərkəzində qeydə alınıb.

Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub. Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, 2014-cü ilin may ayından etibarən “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi