Yuxarı

"Alstom Transport" Azərbaycanda iki dəmir yolu deposu tikəcək

Hazırda layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanır

Bakı. 5 avqust. REPORT.AZ/ Fransanın “Alstom Transport” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC üçün ölkə ərazisində iki yeni depo tikəcək. Bu barədə "Report"a "Alstom Transport"un Rusiya və MDB ölkələri üzrə baş vitse-prezidenti Martin Vojur bildirib. 

Onun sözlərinə görə, Bakı şəhərinin Biləcəri qəsəbəsi və Gəncə şəhərində inşası nəzərdə tutulan bu depolar tikintisi üçün mühəndis şirkətləri ilə iş aparılır. “Layihənin texniki-iqtisadi əsaslandırması bu ilin sentyabr-oktyabr aylarında yekunlaşmalıdır. Bundan sonra tikinti işləri tez bir zamanda başlamalıdır. Depoların tikintisi daha sonra “Stadler Railway Group”un qatarları, “Alstom Transport”un lokomotivləri və bu yaxınlarda sifariş verilən Qazaxıstanın “LKZ” şirkətinin 10 dizel teplovozunun istismarı və onlara xidmət göstərilməsinə imkan verəcək”, - deyə M.Vojur əlavə edib. 

Qeyd edək ki, “EKZ” Astana şəhərində (Qazaxıstan) yerləşən zavoddur. 2012-ci ilin yayında yük və sərnişin elektrovozlarının buraxılışına başlamış bu zavodun 25%-i “Alstom Transport” şirkətinə, 25%-i “Transmaşholdinq”ə, 50%+1 səhm isə “Qazaxıstan Dəmir Yolları”na məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi