Yuxarı

Akademik Arif Paşayev BMA-nın Fəxri Qızıl Nişanı ilə təltif olunub

O, mükafata akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb

Bakı. 7 iyun. REPORT.AZ/ Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Mir Cəlal oğlu Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və diplomu ilə təltif olunub.

“Report” xəbər verir ki, akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi