Yuxarı
    Bağlamaq

    Ağsuda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir - VİDEO

    Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir

    Bakı. 23 iyun. REPORT.AZ/ Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə başlanılıb. Uzunluğu 29 km, eni isə 5-6 metr olan yol 1950-1960-cı illərdə salınıb. İstismar müddəti bitmiş yol torpaq və qara örtüklüdür. 

    Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib.

    Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir. İki hərəkət zolaqlı olmaqla, yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr olacaq.

    Hazırda yol boyu torpaq işləri həyata keçirilir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılır.

    Torpaq işləri bitdikdən sonra yolun yüksək keyfiyyətli asfalt-beton örtüklə asfaltlanması işlərinə başlanılacaq. İki qat olmaqla yolun 170 min kv. metr sahəsinin asfaltlanması nəzərdə tutulub.

    Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.

    Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 minlik əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna çıxış əldə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi