​Ağsu aşırımında yeni avtomobil yolunun salınması üçün təkliflər hazırlanır

​Ağsu aşırımında yeni avtomobil yolunun salınması üçün təkliflər hazırlanır Ərazidə geoloji-axtarış işləri aparılır
İnfrastruktur
6 Avqust , 2015 15:15
​Ağsu aşırımında yeni avtomobil yolunun salınması üçün təkliflər hazırlanır

Bakı. 6 avqust. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsi aktiv torpaq sürüşməsi olan ərazi kimi qalmaqda davam edir. Asfalt yolda iri ölçüdə çatlar var və sürüşmə Ağsu aşırımının bir neçə yerində müşahidə olunur.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"a bildirib ki, hazırda ərazidə araşdırma işləri aparılır.

"Ağsu aşırımı sürüşmə zonası olduğundan, orada süxurların xarakterinə uyğun geoloji-axtarış işləri aparılır. Burada yeni avtomobil yolunun salınması üçün təkliflər hazırlanır", - A.Nəcəfli əlavə edib.

Qeyd edək ki, Ağsu aşırımından keçən ağır tonnajlı nəqliyyat vasitələri, bundan başqa, ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin kommunikasiya xətlərinin olmaması aktiv sürüşmə zonasını bir qədər də sərtləşdirir. Kommunikasiya xətlərinin olmaması həmin obyektlərin tullantı sularını birbaşa yamaca axıtmasına gətirib çıxarır. 

Son xəbərlər

Orphus sistemi