Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - ƏLAVƏ OLUNUB

Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - ƏLAVƏ OLUNUB Həmin hissədə yol-cizgi xətləri rənglənir
İnfrastruktur
13 May , 2017 11:29
Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - ƏLAVƏ OLUNUB

Bakı. 13 may. REPORT.AZ/ Zığ-Hava limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda bildirilib. 

"Avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, hazırda avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir. Sürücülərdən xahiş edirik ki, avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə alıb, müəyyən olunmuş surət həddinə də əməl etsinlər", - BNA-nın məlumatında qeyd edilib.

***

Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılan Hava limanı-Zığ yolunda yenidən hərəkətin maksimum səhər saatlarına qədər açılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi