​AEBA baş direktorunun müavini Azərbaycanın Dozimetrik Dövlət Etalonları Laboratoriyasında olub

​AEBA baş direktorunun müavini Azərbaycanın Dozimetrik Dövlət Etalonları Laboratoriyasında olub Direktor müavini səfər çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
İnfrastruktur
19 Aprel , 2016 13:29
​AEBA baş direktorunun müavini Azərbaycanın Dozimetrik Dövlət Etalonları Laboratoriyasında olub

Bakı. 19 aprel. REPORT.AZ/ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanq Azərbaycana səfəri çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla görüşüb.

“Report”un Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Komitə sədri Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib: “Komitə ilə AEBA arasında sıx əməkdaşlıq əlaqələri var. Bunun nəticəsində bir sıra əhəmiyyətli layihələr uğurla həyata keçirilib. Texniki Əməkdaşlıq üzrə Çərçivə Proqramına, AEBA-nın Fəaliyyət Planına əsasən, Komitə yanında Dövlət Metrologiya Xidmətinin Dozimetrik Dövlət Etalonları Laboratoriyası istifadəyə verilib. Laboratoriyanın yaradılmasında əsas məqsəd “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun tələblərinə əsasən Azərbaycanda mövcud olan dozimetrik, radiometrik, rentgen diapazonunda işləyən cihazların dövri yoxlanmasını, kalibrlənməsini həyata keçirməkdir. Layihə çərçivəsində laboratoriya binası inşa edilib, etalon qamma (Cs-137) və rentgen (X-RAY) şüalandırıcı qurğular və digər avadanlıqlarla təchiz edilib".

AEBA baş direktorunun müavini D.Yanq Dövlət Komitəsi ilə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnun olduğunu qeyd edib. Direktor müavini yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu vurğulayıb.

D.Yanq Dozimetrik Dövlət Etalonları Laboratoriyasının fəaliyyəti ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi