Yuxarı

ADB Azərbaycana 1 mln. dollarlıq yardım paketini təsdiq edib

“Azərbaycan Dəmir Yolları” QSC-də korporativ və institusional islahatlar aparılacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Dəmir yolunun inkişafı Proqramı”nın icrası üçün ayırdığı 1 mln. ABŞ dolları həcmində texniki dəstəklə bağlı xüsusi maliyyələşməni təsdiqləyib. 

“Report”un ADB-dən əldə etdiyi məlumata görə, bank vəsaiti “Azərbaycan Dəmir Yolları” QSC-də korporativ və institusional islahatların aparılması və qurumun maliyyə restrukturizasiyası, həmçinin Şimal-Cənub dəmir yolu dəhlizi boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üçün ayırır.

Həmçinin, bu maliyyələşmə kompüterləşdirilmiş yük əməliyyat və yüklərin izlənməsi sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını da əhatə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi