Ağdaşda çirkab sularının təmizlənməsi mərkəzi tikiləcək

Ağdaşda çirkab sularının təmizlənməsi mərkəzi tikiləcək Bu məqsədlə tender elan edilib
İnfrastruktur
20 Sentyabr , 2016 16:11
Ağdaşda çirkab sularının təmizlənməsi mərkəzi tikiləcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) “Su təchizatı və kanalizasiyaya İnvestisiya Proqramı” çərçivəsində “Azərsu” ASC-yə ayırdığı kredit hesabına növbəti tender elan olunub. 

“Report” xəbər verir ki, müraciətlər üçün son tarix noyabrın 1-i Bakı vaxtı ilə saatı 16:00 müəyyən edilib.

Məlumata görə, tender Ağdaşda 10 min kubmetrlik çirkab sularının təmizlənməsi mərkəzinin tikintisi üçün elan edilib.

Tenderin şərtlərinə görə, tikinti müddəti 12 aydır. Satınalma müsabiqəsində iştirak etmək istəyən şirkətlərin minimal illik tikinti dövriyyəsi 34 mln. ABŞ dollarına bərabər olmalıdır. Həmçinin, namizəd şirkət son 3 ildə oxşar layihələrdə iştirakını da təsdiq etməlidir.

Bundan əlavə, iddiaçı mövcud öhdəlikləri qarşılamaq üçün 5 mln. dollarlıq likvid aktivlərə malik olmalıdır.

İddiaçı tərəf həmçinin, son ikisi uğurla yekunlaşan və ya son 5 ildə əsas hissəsi başa çatan, dəyəri 13,7 mln. dollardan artıq olan layihələr də icra etməlidir.

Bununla yanaşı tenderə qatılmaq istəyən şirkətlə bu müsabiqəyə təsir edə biləcək bütün məhkəmə çəkişmələrini yekunlaşdırmalı və bunlar şirkətin xalis dəyərinin 50%-dən çox olmamalıdır.

Tenderin əsas şərtlər toplusunu əldə etmək istəyən iddiaçılar 500 manat yaxud 310 dollar məbləğində iştirak haqqı ödəməlidir.

Qeyd edək ki, ADB “Azərsu” ASC-yə 75 mln. dollar dəyərində kredit ayırıb. Bu, “Azərsu”ya “Su təchizatı və kanalizasiyaya İnvestisiya Proqramı” çərçivəsində ayrılan vəsaitin sonuncu, IV tranşdır.

Ümumilikdə, 600 mln. dollar həcmində olan kreditin ilk üç tranşı Göyçay, Ağdaş və Beyləqanın su şəbəkəsinin qurulması üçün ayrılıb.

Məlumata görə, sonuncu 75 mln. dollarlıq kredit də Ağdaş və Beyləqan rayonlarında içməli su təchizatının yaxşılaşdırılması və çirkab sularının təmizlənməsi mərkəzinin inşasına xərclənəcək.

Xatırladaq ki, “Azərsu” ADB-dən birinci tranşla 75 mln. dollar, ikinci tranşla 300 mln. dollar, üçüncü tranşla isə 150 mln. dollar vəsait cəlb edib.

Son xəbərlər

Orphus sistemi