Abşeron rayonundakı avtomobil yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Abşeron rayonundakı avtomobil yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır Məhdudlaşdırma yolun 2 km-lik sahəsini əhatə edir
İnfrastruktur
18 May , 2017 15:54
Abşeron rayonundakı avtomobil yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı. 18 may. REPORT.AZ/ Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə "Report" "Azəravtoyol” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, məhdudlaşdırma yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənə qədər qüvvədə saxlanılacaq. Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək. 

Sürücülərdən qəsəbədaxili digər alternativ yolardan istifadə etmələri tövsiyyə olunur.

Son xəbərlər

Orphus sistemi