Abşeron Logistika Mərkəzi Tbilisidə beynəlxalq konfransda təqdim olunub

Abşeron Logistika Mərkəzi Tbilisidə beynəlxalq konfransda təqdim olunub Tbilisi. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın yeni Abşeron Logistika Mərkəzi Tbilisidə keçirilən “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V beynəlxalq konfransında təqdim olunub.
İnfrastruktur
13 Sentyabr , 2018 12:21
Abşeron Logistika Mərkəzi Tbilisidə beynəlxalq konfransda təqdim olunub
0 : 00
0 : 00

Tbilisi. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın yeni Abşeron Logistika Mərkəzi Tbilisidə keçirilən “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V beynəlxalq konfransında təqdim olunub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev tədbirdə mərkəz haqqında videoçarx və təqdimatla çıxış edib.

O, mərkəzin bu ilin avqustun 13-də açıldığını və bütün quru yüklərin qəbulu üçün nəzərdə tutulduğunu deyib: “Mərkəzin illik yük qəbul etmə gücü 11 milyon ton təşkil edir. 2019-cu ilin sonuna qədər mərkəzin sahəsinin ümumilikdə 65 hektaradək artırılması nəzərdə tutulub”.

Z.Ağayev Abşeron Logistika Mərkəzinin fərdi investisiyalar əsasında yaradıldığını qeyd edib: “Mərkəzin Bakı-Tbilisi-Qars və digər marşrutlar üzərində yerləşməsinin bir çox üstünlükləri var. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra qonşu ölkələrə idxal-ixrac və tranzit əməliyyatlarını həyata keçirəcək”.

O, təqdimatında logistik mərkəzin əsas göstəriciləri, imkanları, üstünlükləri və göstərdiyi xidmətlər barədə geniş məlumat verib. 

Son xəbərlər

Orphus sistemi