Yuxarı

ABŞ Çini uçuşlara mane olmaqda ittiham edib

​ABŞ Çini uçuşlara mane olmaqda ittiham edib

ABŞ Nəqliyyat Nazirliyi Çin hökumətini Amerika aviaşirkətlərinin Çinə uçuşlarına maneə yaratmaqda ittiham edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü “Reuters” agentliyi nazirliyə istinadən məlumat yayıb.

Yanvar ayının sonlarında rəsmi Vaşinqton yeni növ koronavirusun yayılması ilə mübarizə tədbirləri çərçivəsində ABŞ vətəndaşlarının ailə üzvləri, habelə ABŞ-da daimi yaşamaq icazəsi olan şəxslər istisna olmaqla, yaxın müddətdə Çinə səfər etmiş xarici vətəndaşların, demək olar, bütün kateqoriyaları üçün ölkəyə girişi qadağan edib. Amma Çindən uçuşlara qadağa qoyulması barədə heç bir qərar qəbul olunmayıb.

Bir sıra ABŞ aviaşirkətləri, o cümlədən “Delta Air Lines”, “United Airlines” fevral ayının əvvəlindən Çinə uçuşların dayandırıldığını elan edib, nəticədə ölkələr arasında uçuşların sayı göstərilən ayda 20-dək azalıb. ABŞ Nəqliyyat Nazirliyindən “Delta” və “United Airlines” aviaşirkətlərinin Çinə uçuşları iyunda bərpa etmək niyyətində olduğu bildirilib, lakin Çin Mülki Aviasiya İdarəsinin (CAAC) qərarına əsasən, xarici aviadaşıyıcılar tərəfindən ölkəyə edilən uçuşların sayı martın 12-dəki rəqəmə bərabər olmalıdır.

“Reuters” nazirliyə istinadən xəbər verir ki, sərnişindaşıma ilə məşğul olan ABŞ aviaşirkətləri martın 12-dək artıq Çinə uçuşları tamamilə dayandırmışdı və belədə CAAC-nin qərarı ilə ABŞ aviaşirkətlərinin Çinə müntəzəm sərnişin reyslərini bərpa etməsini qadağan edilib.

Qeyd edək ki, daha əvvəl Çin tərəfi məhdudiyyətləri yumşaltmağa hazır olduğunu, ancaq aviaşirkətlərin Çinə yenə də bir marşrut üzrə həftədə yalnız bir uçuş həyata keçirə biləcəklərini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi