Abid Şərifov: “İndiyə qədər Çin Azərbaycana 70 mln. dollar qrant ayırıb”

Abid Şərifov: “İndiyə qədər Çin Azərbaycana 70 mln. dollar qrant ayırıb” Bakı. 4 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi rekord həddə olub.
İnfrastruktur
4 Aprel , 2018 12:22
Abid Şərifov: “İndiyə qədər Çin Azərbaycana 70 mln. dollar qrant ayırıb”
Baş nazirin müavini Abid Şərifov / Report/ Elchin Murad

Bakı. 4 aprel. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi rekord həddə olub.

“Report” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov Çin hökumətinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təqdim etdiyi avadanlıqla bağlı keçirilən mərasimdə deyib.

“İki ölkə arasında dəyəri 1,2 mlrd. ABŞ dollarına çatmış ticarət əlaqələri bundan sonra da inkişaf edəcək. Bu gün Ticarət Limanına təqdim edilən texnika onun işini sürətləndirəcək. Bunlar 3,867 mln. dollarlıq avadanlıqdır. İndiyə qədər Çin Azərbaycana 70 mln. dollar qrant ayırıb”, - o qeyd edib.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua isə deyib ki, avadanlıq Azərbaycanın yük qəbuletmə potensialını artıracaq. 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov isə bildirib ki, bu avadanlığın hesabına limanın yükaşırma əməliyyatlarının effektivliyi də artacaq.

Son xəbərlər

Orphus sistemi