Abid Şərifov: "İlk konteyner qatarının Azərbaycana gəlməsi bölgə üçün böyük hadisədir"

Abid Şərifov: "İlk konteyner qatarının Azərbaycana gəlməsi bölgə üçün böyük hadisədir" Baş nazirin müavini: "Çindən gələn ilk qatar böyük yük axınının başlanğıcı olacaq"
İnfrastruktur
3 Avqust , 2015 10:41
Abid Şərifov: İlk konteyner qatarının Azərbaycana gəlməsi bölgə üçün böyük hadisədir

Bakı. 3 avqust. REPORT. AZ/ "Bu gün Çindən Azərbaycana ilk konteyner qatarının gəlməsi bölgə və Azərbaycan üçün böyük bir hadisədir. "Report" xəbər verir ki, bunu qatarın qarşılanma mərasimində çıxış edən Azərbaycanın baş nazirin müavini Abid Şərifov bildirib. 

O, deyib ki, Azərbaycanda Ələt dəniz limanının inkişafı üçün xeyli iş görülüb: "Lakin ən böyük və ən əhəmiyyətli layihəni xüsusi qeyd etmək istərdim. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu dəmir yolu Şərqdən gələn yükləri Avropaya qısa yolla aparır. Burada təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Biz qardaş Türkiyədə Bosfor boğazı altından tunelin tikintisinə də böyük önəm veririk". 

"Çin və başqa ölkələrin yüklərinin Aropaya çatdırılması prosesinin dayancaqsız olması, təhlükəsizlik baxımından önəmli məsələdir. Bu gün Çindən gələn ilk qatar böyük yük axınının başlanğıcı olacaq. Əminəm ki, Çin, Qazaxıstan, Gürcüstan və Azərbaycan bu işdə əməklərini daha da artıracaqlar", - deyə baş nazirin müavini bildirib.

Son xəbərlər

Orphus sistemi