Yuxarı

Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi davam edir

İki il öncə təməli qoyulan bina 5 hissədən ibarətdir

Bakı. 17 iyul. REPORT.AZ/  Xırdalan şəhəri ərazisində inşa olunan Abşeron Rayon Olimpiya İdman Kompleksinin tikintisi sürətlə davam edir.

REPORT-un Gənclər və İdman nazirliyinin rəsmi inrternet səhifəsinə istinadən verdiyi xəbərə görə, iki il öncə təməli qoyulan bina 5 hissədən ibarətdir. Burada idman sevərlər üçün bütün şərait yaradılacaqdır. Kompleksdə 1000 tamaşaçı yerlik universal idman zalı, ağır atletika zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri, məşqçi otaqları, idman avadanlığı, trenajor zalı (fitness klub), sauna, masaj otaqları, şahmat klubu, həkim otağı, mehmanxana, kafe, restoran və s. olacaqdır.
Olimpiya kompleksində 2 min tamaşaçı yerlik futbol stadionu, mini futbol, basketbol, voleybol meydançası, tennis kortu, skeyt parkı, yerüstü avtomobil dayanacağı və texniki infrastruktur nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən Abşeron Olimpiya İdman Kompleksi 2015-ci ildə istifadəyə veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi