"8-ci km Bazarı"nın yolu bağlanır

"8-ci km Bazarı"nın yolu bağlanır Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılır
İnfrastruktur
4 Avqust , 2016 13:15
8-ci km Bazarının yolu bağlanır

Bakı. 4 avqust. REPORT.AZ/ Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Bakı şəhərində Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməsinədək olan hissəsində (“Laçın” Ticarət Mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, həmin hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi