6 və 65 nömrəli avtobusların hərəkət qrafiki bərpa olunub

6 və 65 nömrəli avtobusların hərəkət qrafiki bərpa olunub Təmirlə əlaqədar müvəqqəti dəyişiklik ləğv edilib
İnfrastruktur
20 Aprel , 2017 08:52
6 və 65 nömrəli avtobusların hərəkət qrafiki bərpa olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanına qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar da əvvəlcədən müəyyən edilmiş sxem üzrə hərəkət edirlər. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumatda bildirilib.

"Artıq təmirlə əlaqədar edilən müvəqqəti dəyişiklik ləğv edilib", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi