2019-cu ilin I rübü ərzində
“Report” xəbər verir ki, bu barədə
"Bu da Azərbaycan Respublikası Prezidentinin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrasının hazırkı mərhələsində, ümumilikdə, 5600-dən artıq ailənin illər ərzində həlli mümkün olmayan probleminin artıq həll olunması deməkdir. Verilmiş icazələr barədə aidiyyəti dövlət qurumları dərhal məlumatlandırılır, Komitənin internet portalında müvafiq məlumatlar yerləşdirilir, ictimaiyyət məlumatlandırılır”, - deyə S.Nuriyev bildirib.
Onun sözlərinə görə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin imzaladığı bu inqilabi fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirdi.
"Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilmiş, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib", - S.Nuriyev qeyd edib.
Komitə sədri çıxışında bildirib ki, son zamanlar tikinti sifarişçiləri ilə aparılan sıx əməkdaşlıq və maarifləndirmə işi nəticəsində hazırlanan və baxılması üçün Komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur: "Ümumiyyətlə son müddət ərzində Komitə tərəfindən Respublika üzrə 176 şəhərsalma əsaslandırılması təsdiq olunub ki, bunlardan 89 Bakı şəhərinin ərazisində reallaşdırılacaq layihələri əhatə edir".