Bəxtiyar Məmmədov: "Bu il "Avtovağzal" stansiyasından Xocasən deposuna ikinci tunelin inşası həyata keçiriləcək"

Bəxtiyar Məmmədov: "Bu il "Avtovağzal" stansiyasından Xocasən deposuna ikinci tunelin inşası həyata keçiriləcək" Hazırda Xocasən deposunun layihələndirmə işləri gedir.
İnfrastruktur
7 May , 2019 13:02
Bəxtiyar Məmmədov: Bu il Avtovağzal stansiyasından Xocasən deposuna ikinci tunelin inşası həyata keçiriləcək

"Hazırda Xocasən deposunun layihələndirmə işləri gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, 2020-ci ildə bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək: "Həmin 3-cü stansiyanın arxasında qatarın bir yoldan digər yola keçməsini təşkil edən "dönmə kamerası" adlanan infrastruktur qurulacaq. Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocasən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir".

Metropoliten sözçüsü deyib ki, bu il "Avtovağzal" stansiyasından Xocasən deposuna ikinci tunelin inşası həyata keçiriləcək: "Bildiyiniz kimi 2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılaraq yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq".

Son xəbərlər

Orphus sistemi