Yuxarı

​"20 Yanvar" dairəsi genişləndirilir

Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır

Bakı. 16 mart. REPORT.AZ/ Bakı şəhərinin "20 Yanvar" dairəsi adlanan ərazisində genişləndirmə işlərinə başlanılıb. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O deyib ki, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri "20 Yanvar" ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdılar: "Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək, genişləndirilmə işlərinə start verilib".

Bundan əlavə, həmin hissədə hündürlüyü 50 sm olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi