Azərbaycanda ötən il 2 minə yaxın tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin pozulması halı qeydə alınıb

Azərbaycanda ötən il 2 minə yaxın tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin pozulması halı qeydə alınıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il səyyar və kameral qaydada 15 şəhər və rayonda, ümumilikdə, 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasını qeydə alıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlayıb.
İnfrastruktur
24 Yanvar , 2020 16:19
Azərbaycanda ötən il 2 minə yaxın tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin pozulması halı qeydə alınıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il səyyar və kameral qaydada 15 şəhər və rayonda, ümumilikdə, 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasını qeydə alıb, onların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlayıb.

“Report” xəbər verir ki, bu barədə Komitənin sədri Anar Quliyev qurumda keçirilən geniş kollegiya iclasında məlumat verib. 

Onun sözlərinə görə, tikintilərin dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə, ümumilikdə, 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi