Zabit Səmədov “YARAT”ın qonağı olacaq

Zabit Səmədov “YARAT”ın qonağı olacaq İdmançı “YARAT”da nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgisi ilə tanış olacaq, təəssüratlarını bölüşəcək
İncəsənət
15 Yanvar , 2018 11:30
Zabit Səmədov “YARAT”ın qonağı olacaq
Kikboksçu Zabit Səmədov / Report

Bakı. 15 yanvar. REPORT.AZ/ “YARAT” Müasir İncəsənət Mərkəzinin budəfəki qonağı tanınmış idman ustası, məşhur kikboksçu Zabit Səmədov olacaq.

“Report” xəbər verir ki, yanvarın 17-də idmançı ilə reallaşacaq görüş zamanı o, idman təcrübəsi və nailiyyətləri barədə qonaqlarla məlumat verəcək, onu qələbəyə aparan həyat yolundan danışacaq.

Eyni zamanda, idmançı “YARAT”da nümayiş olunan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgisi ilə tanış olacaq, təəssüratlarını bölüşəcək.

İdmançı ilə görüş arzusunda olan hər kəs tədbirdə iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi