"YUĞ" teatrında "Zibillik" tamaşası səhnəyə qoyulacaq

"YUĞ" teatrında "Zibillik" tamaşası səhnəyə qoyulacaq Tamaşa türk yazıçısının əsəri əsasında hazırlanıb
İncəsənət
3 İyun , 2015 10:16
YUĞ teatrında Zibillik tamaşası səhnəyə qoyulacaq

Bakı. 3 iyun. REPORT.AZ/ "YUĞ" Dövlət Teatrında gənc rejissor Günay Səttarovanın quruluşunda türk yazıçısı Turqay Narın "Zibillik" əsəri tamaşaya hazırlanır.

"Report" xəbər verir ki, teatrda tamaşanın məşqləri gedir.

Səhnə əsərində "YUĞ" Teatrının aktyorları Amid Qasımov, Oqtay Mehdiyev, Rasim Cəfərov, Təranə Atacan, Zümrüd Qasımova və Vüqar Hacıyev rol alıb.

Hazırda məşqləri gedən tamaşa yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, "Zibillik" tamaşası ilk dəfə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində göstərilib. Həmin ərəfədə Mingəçevir Teatrının baş rejissoru olan Günay Səttarova əsərə quruluş verib. 

Son xəbərlər

Orphus sistemi