Yuxarı

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayıb

Yeni filmlər aprelin 23-dən tamaşaçılara təqdim edilir

Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 23-dən Nizami Kino Mərkəzində Türkiyənin “Aşq olsun” və ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan “Qaranlıqdan” filmlərinin nümayişi başlayıb. "Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzi yayıb.

Rejissorlar Murat Serezli və Neslihan Yıldız Alaklının, Eşref Dinçerin ssenarisi əsasında çəkdikləri “Aşk olsun” romantik komediya filmi qadınlara “eşq doktorluğu” edən Ozanın həyat hekayəsindən bəhs edir. Onun yeni müştərisi Ceyda, sevgilisi Canerle yenidən birləşmək üçün Ozandan yardım istəyir. Cener isə eşq acısını unutmaq üçün başqa qadınla yeni münasibətlər qurmağa çalışır. Hadisələrin cərəyan etdiyi vaxtda Ozan Pınarla qarşılaşır və ona aşiq olur. İşlərini də unutmayan Ozan, köhnə sevgililəri barışdırmaq üçün plan qurur. Onun planını başa düşən Pınar, başlamaqda olan münasibətlərinə son qoyur. Görəsən, bu iki cütlüyün macərası xoşbəxt sonluqla bitəcəkmi?

Filmdəki obrazları İlker Aksum, Sedef Avcı, Kenan Ece, Selen Seyven və digər aktyorlar canlandırıblar. 

İkinci film ABŞ, Kolumbiya və İspaniyanın birgə istehsalı olan “Qaranlıqdan” adlı ekran əsəridir.

Xavyer Qulon və Pastor qardaşlarının ssenarisi əsasında rejissor Yuis Kilesin çəkdiyi bu film triller və dəhşət janrındadır. Yaşı 18-dən az olanlar filmə baxmağa buraxılmır. 

Ailə biznesi ilə məşğul olmaq ücün qızları ilə birgə Kolumbiyaya köçən cütlük, bir müddətdən sonra yeni evlərinin ruhlarla dolu olduğunu öyrənirlər.

Filmdə rolları aktyorlar Frenk Kuervo, Piksi Deyvis, Alexandro Fert, Stiven Ri, Skott Spidman, Culiya Staylz, Vanesa Tamayo, Gilermo Morales Vitola və başqaları ifa edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi