Yaşar Nurinin doğum günüdür

Yaşar Nurinin doğum günüdür Yaşasaydı sənətkarın 64 yaşı tamam olacaqdı
İncəsənət
3 Sentyabr , 2015 09:17
Yaşar Nurinin doğum günüdür

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-ü görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Yaşar Nurinin doğum günüdür.

Yaşasaydı sənətkarın 64 yaşı tamam olacaqdı.

Doğum günündə Yaşar Nurini ailə üzvləri yad edəcək.

Sənətkarın xanımı Rəhimə Nuri "Report"a açıqlamasında bu gün mərhum həyat yoldaşının qəbrini ziyarət edəcəyini bildirib: "Bir il də, Yaşarsız keçdi. Növbəti ad gününü onsuz qeyd edirəm. Bu gün Yaşarın ziyarətinə gedəcəm. Yaşarı sevən hər kəs gələ bilər. Bu gün onun günüdür. Dünyaya gəldiyi gündür. Yaşasaydı, 64 yaşı olardı. Yeni yaş günlərini görmək nə ona, nə də bizə qismət olmadı".

Xatırladaq ki, Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabrın 3-də Bakıda, aktyor ailəsində dünyaya gəlib. 

Görkəmli sənətkar 2012-ci il noyabrın 22-də dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi