“Yarımçıq xatirələr” tammetrajlı bədii filminin nümayişi keçiriləcək

“Yarımçıq xatirələr” tammetrajlı bədii filminin nümayişi keçiriləcək Filmin nümayişi fevralın 16-da Yarat Müasir İncəsənət Mərkəzində olacaq
İncəsənət
15 Fevral , 2016 20:41
“Yarımçıq xatirələr” tammetrajlı bədii filminin nümayişi keçiriləcək

Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 16-da Yarat Müasir İncəsənət Mərkəzində Elxan Cəfərovun “Yarımçıq xatirələr” tammetrajlı bədii filminin nümayişi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyətlə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, “Yarımçıq xatirələr” filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri Belarusda və Azərbaycanda aparılan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Ekran əsərinin ssenari müəllifləri Yavər Rzayev və Konstantin Vorobyov, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlü, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Şamil Süleymanov, Qurban İsmayılov, Georgi Caara, Mixail Kaminski, Aleksandr Pavlov, İvan Matskeviç və digərləri canlandırıb.

Son xəbərlər

Orphus sistemi