Yuxarı

YARAT Müasir İncəsənət Mərkəzində "Axınla aşağı" filminin təqdimatı olacaq

Filmin nümayişi sual-cavab bölümü ilə davam edəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filminin təqdimatı olacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan “Axınla aşağı” bədii filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

Qeyd edəki ki, Karlovy Vary beynəlxalq film festivalının tarixində Azərbaycan ilk dəfə olaraq bu filmlə müsabiqə proqramında iştirak edib. Bugünədək film bir çox beynəlxalq film festivallarında iştirak edib və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb. “Axınla aşağı”filmi rejissor Asif Rüstəmovun debüt tammetrajlı bədii filmidir.

Qeyd edək ki, filmin nümayişi sual-cavab bölümü ilə davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi