Yuxarı

Yapon Filmləri Həftəsi başlayır

Filmlər fevralın 19-dan 23-dək nümayiş etdiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 19-23-də Nizami Kino Mərkəzində Yapon Filmləri Həftəsi keçiriləcək.

Yaponiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən xəbərə görə, Yapon kinematoqrafçılarının çəkdiyi 5 film Bakı tamaşaçılarına təqdim ediləcək.

Filmlərin siyahısı təqdim edilib.

"Söz bağçası" 19 fevral (cümə) "Kikinin çatdırma xidməti" 20 fevral (şənbə), "Nabinin sevgisi" 21 fevral (bazar), "Yay gecəsində yuxu" 22 fevral (bazar ertəsi), "Xöşbəxtlik çörəyi" 23 fevral (çərşənbə axşamı). 

Filmlərin nümayişi  saat 19.00-da olacaq. 

Xatırladaq ki, filmlərə giriş sərbəstdir. Filmlər yapon dilində olmaqla, Azərbaycan dilində subtitrlərlə  nümayiş etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi