Yuxarı

Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək

Tədbirdə kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Fevralın 26-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş Kino Axşamı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Tədbirdə kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Kino Axşamında nazirliyin sifarişi ilə "Yaddaş" sənədli filmlər studiyasının istehsal etdiyi Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş, rejissor Şamil Nəcəfzadənin "Müharibə uşaqları" və Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunmuş, rejissor Könül Kərimovanın "Biz qayıdacağıq" sənədli filmləri ilk dəfə nümayiş etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi