"Xəzər Balladası" və "Xeyir və Şər" baletləri nümayiş etdiriləcək

"Xəzər Balladası" və "Xeyir və Şər" baletləri nümayiş etdiriləcək Hər iki balet Tofiq Bakıxanovun 85 illik yubileyinə həsr edilib
İncəsənət
3 Dekabr , 2015 17:20
Xəzər Balladası və Xeyir və Şər baletləri nümayiş etdiriləcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Bəstəkar, Azərbaycanın xalq artisti, professor Tofiq Bakıxanovun 85 illik yubileyi münasibətilə Akademik Opera və Balet Teatrında iki balet nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, "Xeyir və Şər" və "Xəzər Balladası" baletləri dekabrın 13-də saat 19.00-da təqdim ediləcək.

Hər iki birpərdəli baletdə teatrın balet truppası çıxış edəcək.

Xatırladaq ki, Tofiq Bakıxanovun 85 illik yubileyi münasibətilə dekabrın 7-dən 15-dək Azərbaycan Bəstəkarlar İttifaqı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Opera və Balet Teatrında tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi