Yuxarı
    Bağlamaq

    Xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək

    Tədbir aprelin 1-də saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək

    Bakı. 31 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə Azərbaycanın xalq rəssamı Cahangir Rüstəmovun 90 illiyinə həsr edilmiş fərdi yaradıcılıq sərgisi keçiriləcək.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

    Tədbir aprelin 1-də saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

    Ömrünün 50 ilindən çoxunu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmov 1926-cı ildə Şəki şəhərində anadan olub. 1939-1944-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirmiş və doğma vətənin yaradıcılıq həyatında fəal iştirak edib.

    Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, dərin milli ruh və poetikliyi ilə fərqlənir.

    Təsviri sənətimizin inkişafındakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə əməkdar rəssam, 2004-cü ildə isə xalq rəssamı fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olub.

    Cahangir Rüstəmov 2007-ci ildə ömrünün 81-ci ilində vəfat edib.

    Sərgidə rəssamın “Yaşıl çay plantasiyası”, “Bakı”, “İslam memarlıq abidəsi”, “Karfagen yaxınlığında”, “Cənublular. Sosialist yarışmasının qalibləri”, “Qəhrəman sələfimiz”, “Sahil”, “Kür mənzərəsi”, “Torpağın oyanması” kimi tabloları nümayiş olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi