Yuxarı

Xalq artisti Muxtar Maniyevin vəziyyəti yaxşıdır

Nəsibə Maniyeva: Ayağının tikişləri hələ sökülməyib

Bakı. 26 avqust. REPORT.AZ/ Xalq artisti Muxtar Maniyevin durumu yaxşıdır və müalicəsini evdə davam etdirir. 

Bu barədə "Report"a xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. 

Onun sözlərinə görə, aktyorun səhhəti qənaətbəxşdir: "Muxtar, bağ evindədir və müalicəsi davam edir. Ayağının tikişləri hələ sökülməyib. Özünü gün keçdikcə daha yaxşı hiss edir. Yemək yeyir, danışır, fikirlərini aydın ifadə edə bilir. Şükür Allaha əhvalı düzəlir".

Qeyd edək ki, 80 yaşlı xalq artisti şəkər xəstəliyindən əziyyət çəkir. Onun sol ayağı topuqdan aşağı amputasiya edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi