Yuxarı
    Bağlamaq

    Xalq artisti Hacı Murad Yagizarov Rus Dram Teatrında tamaşaçılarla görüşüb

    Almaniyada yaşayan aktyor doğma teatrının səhnəsində yenidən çıxış edib

    Bakı. 14 iyun. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarovun iştirakı ilə "Artist və onun kölgəsi" tamaşası növbəti dəfə nümayiş etdirilib. Tamaşanın nümayişindən sonra Hacı Murad Yagizarovla tamaşaçıların görüşü keçirilib.

    Bu barədə "Report"a açıqlama verən xalq artisti Hacı Murad Yagizarov Bakıda olduğu müddətdə Rus Dram Teatrının repertuarında olan tamaşalarında çıxış etdiyini bildirib.

    "Bildiyiniz kimi, mən Almaniyada yaşayıram. Amma doğma şəhərim Bakını çox sevdiyimdən hər il vətənimə gəlirəm. Rus Dram Teatrının repertuarında olan bir neçə tamaşada obrazlarımı ifa edirəm. "Artist və onun kölgəsi" tamaşası məxsusi olaraq mənim 75 illik yubileyim münasibətilə hazırlanıb. İki ildir teatrın repertuarında olan tamaşa V.Stupinskinin "Taraq" əsərinin motivləri əsasında hazırlanıb. Tamaşanın rejissoru İlqar Safatdır. Tamaşanın növbəti nümayişindən sonra , tamaşaçıların mənə ünvanlanan suallarına cavab verdim və avtobioqrafik -"Yaddaşımın dalğaları ilə" kitabımı imzalayaaraq tamaşaçılara hədiyyə etdim",- deyə, o vurğulayıb.

    Qeyd edək ki, H.M.Yagizarov may ayında Bakıya qayıdıb. Aktyor Rus Dram Teatrının repertuarında olan "Qurdlar və quzular" və "Artist və onun kölgəsi" tamaşalarında çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi